Ramiz Mehdiyevin kürəkəni bu gün azadlığa çıxır




Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün azadlığa çıxır.



Avqust ayının 22-sı həbs olunan qudaların bu gün 15 sutkalıq inzibati cəzası başa çatıb. Adıçəkilən şəxslər Abşeron Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə cəzalandırılmışdılar.

Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev 18 avqustda karantin qaydalarını pozaraq Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu