Yeni Təhsil nazirindən dərslər barədə mühüm açıqlama




"Hazırda üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir".



Bunu Təhsil naziri Emin Əmrullayev Milli Məclisin Elm və təhsil komitəsinin üzvlərinin iştirakı ilə keçirilən onlayn konfransda deyib.

Onun sözlərinə görə, ölkə rəhbərliyinin bu dövrdə diqqət yetirdiyi əsas məsələ ilk növbədə insanların sağlamlığının qorunmasıdır.

Emin Əmrullayev nazirlik tərəfindən normal şəkildə təhsilə davam ediləcəyi təqdirdə COVİD-19-a yoluxma sürəti ilə bağlı araşdırmaların nəticələri barədə məlumat verib.

O, təhsilin adi qaydada davam edərsə, insanların hərəkətlilik səviyyəsinin nəzərə alınmasının vacibliyini vurğulayıb, bunun müəyyən risklər yarada biləcəyini qeyd edib.

Nazir növbəti tədris ili üçün təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı Təhsil İnstitutunun verdiyi təklifləri səsləndirib.

Qeyd edilib ki, "yaşıl”, "sarı”, "narıncı” və "qırmızı” zonalarda təhsilin bütün davamiyyət formaları barədə araşdırmalar aparılıb və təkliflər verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu