KİV nümayəndələrinə Prezidentin fərdi təqaüdü veriləcək
Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
AFN xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:
Xəlilova Flora Fətula qızı
İsmayılov Dağbəyi Mirzəxan oğlu
Qasımova Tünzalə Yusif qızı.