Prezident üç yerli telekanala müsahibə verdi
Bu gün Prezident İlham Əliyev Azərbaycan Televiziyasına (AZTV), İctimai Televiziyaya (İTV) və “Xəzər” Televiziyasına müsahibə verib.
AFN-in xəbərinə görə, müsahibə Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılış zamanı baş tutub.
Müsahibə yaxın saatlarda ictimaiyyətə təqdim olunacaq.