Bakıda 7 yeni məktəb inşa olunur
Paytaxt Bakıda ehtiyac olan ərazilərdə 7 yeni məktəb inşa olunur.
Bu barədə AFN-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, 2 məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 2 məktəbin isə köhnə korpuslarının sökülərək yenidən tikintisi davam edir: "Bundan əlavə, 1 məktəb üçün əlavə korpusun tikintisi aparılır".