Bakı metrosunda onlarla borclu şəxs saxlanıldı




Polis bölməsi əməkdaşları iyunun 22-də Bakı Metropolitenində keçirilən əməliyyat nəticəsində borclu kimi axtarışda olan iki qadın da daxil olmaqla 24 nəfəri saxlayıblar.



AFN xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Saxlanılanlar Bakının Binəqədi, Səbail, Qaradağ, Sabunçu, Nərimanov, Nəsimi, Yasamal, Suraxanı, Xətai rayonlarının, eləcə də Qəbələ, Masallı, Astara və Gədəbəy rayonlarının polis şöbələri tərəfindən axtarışa veriliblər.

Aralarında həm dəfələrlə aliment ödəməyən, həm də banka borcu olan şəxslər Bakı metrosundakı polis postlarında sənədlərin yoxlanılması zamanı müəyyən ediliblər.

Bundan əlavə, son 24 saat ərzində Daxili İşlər Nazirliyinin paytaxt idarələri tərəfindən borclu kimi axtarışda olan 31 nəfər tutulub.

Qeyd etmək lazımdır ki, Ədliyyə Nazirliyinin mütəxəssisləri məhkəmə işlərində alimentin ödənilməməsinin əsas səbəbini tələblərin yönəldilməli olduğu borclularda əmlak və qazancın olmamağında görürlər. Adətən həmin şəxslər rəsmi iş yerlərinin olmamasını əsas gətirirlər. Bu vəziyyətdə onlara qarşı hərəkət məhdudlaşdırılması, inzibati məsuliyyət kimi tədbirlər tətbiq olunur. Aliment iddiaları təcili icra kateqoriyasına daxil edilir.

Ödənişlərdən dəfələrlə yayınma halında cinayət işi başlanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə (hökm, qərar və ya digər məhkəmə aktının icra edilməməsi) görə, bu cinayət üç ilə qədər həbs ilə cəzalandırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu