Ötən ay Azərbaycanda əczaçılıq və tibbi mallara xərclənən pulun miqdarı açıqlandı




Bu ilin yanvar-may aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq və tibbi mallara 262,3 mln. manat xərcləyib.



AFN
xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən APA-ya məlumat verilib.

Bildirilib ki, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 42,2% çoxdur. Təkcə ötən ay əhaliyə 59,9 mln. həcmində əczaçılıq və tibbi mallar satılıb ki, bu da aprel ayı ilə müqayisədə 3,8% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,8%-i əczaçılıq və tibbi malların alınmasına sərf olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu