Bakıda polis qardaşını qətlə yetirən şəxslə bağlı YENİ XƏBƏR




Bakıda polis olan qardaşını qətlə yetirməkdə təqsirləndirilən Araz Ramazanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AFN APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il paytaxtın Nərimanov rayonu M. Nağıyev küçəsi 3, mənzil 1-də qeydə alınıb.

Şəhər sakini, 1992-ci il təvəllüdlü Araz Ramazanov qardaşı, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşı, 1989-cu il təvəllüdlü Anar Ramazanovu bıçaqla qətlə yetirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu