Çin COVID-19 peyvəndini hamı üçün əlçatan edəcəyinə söz verdi




Çin hakimiyyəti koronavirusa qarşı peyvəndi dünya üçün əlçatan etməyi planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Elm və texnika naziri Van Çjıqan bildirib.

Onun sözlərinə görə, hal-hazırda peyvəndlərin yoxlanılması prosesi gedir, təhlükəsizlik, səmərəlilik və əlçatanlıq kimi parametrlərə üstünlük verilir.

"Dünya peyvəndlərin yaradılması mərhələsində və ondan sonraki dövrlərdə əməkdaşlığı gücləndirməlidir" - Çjıqan deyib.

Qeyd edək ki, Çin may ayında 2 575 könüllüdə beş fərqli koronavirus peyvəndini müvəffəqiyyətlə sınaqdan keçirdiyini elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu