Əməkdar artistin Covid-19 testi pozitiv çıxdı: “Həkimlərin dediyinə görə...”




Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının Baş rejissoru, əməkdar artist Sərvər Əliyevdən koronavirus testləri üçün götürülən nümünələrin cavabı pozitiv çıxıb.

Bu barədə Qaynarinfo-ya rejissorun özü məlumat verib. Rejissorun sözlərinə görə, ailə üzvlərindən koronavirus üçün götürlən test nümünələrinin cavabı isə neqativ olub:

"Yaxşılağa doğru getdiyimi hiss edirəm. Temperaturum çox olmur. Hardasa səhv buraxmışam demək… Səhlənkarlıq etmişəm. Həkimlərimin dediyinə görə, inşallah 14 günə sağalacağam”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu