İstanbul 28 May gününü qeyd edir, Azərbaycan İH-ları isə... - ARAŞDIRMA




Azərbaycanda icra hakimiyyətlərinin rəsmi səhifələrində Cümhuriyyət günü qeyd olunmayıb.

Qaynarinfo Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102 illiyi münasibəti ilə rayon icra hakimiyyətlərinin rəsmi internet səhifələrində araşdırma aparıb. Araşdırma zamanı Bakının Yasamal, Sabunçu, Nərimanov, Nəsimi, Suraxanı, Binəqədi, Xəzər, Qaradağ, Xətai rayon İcra Hakimiyyətlərinin internet səhifələrində Respublika günü ilə bağlı heç bir məlumata rast gəlinməyib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti də öz səhifəsində Respublika Gününə yer verməyib.

Araşdırma həmçinin Azərbaycan rayonlarının rəsmi internet səhifələrində də aparılıb. Nəticədə məlum olub ki, Gəncə, Göyçay, Abşeron, Lənkəran, Şamaxı, Ağsu, Ucar, Zərdab, Kürdəmir, Cəlilabad, Quba, Xaçmaz, Şabran və başqa rayonların icra hakimiyyətlərinin rəsmi səhifələrində Cümhuriyyət Günü ilə bağlı məlumat və yaxud da bu günü özündə əks etdirən hər hansı foto yerləşdirilməyib.

Araşdırma zamanı Bakının Pirallahı, rayonlardan isə Şirvan şəhər icra hakimyyətlərinin rəsmi səhifələrində Cümhuriyyət günü qeyd olunub.

Qeyd edək ki, 28 May – Respublika Günü Türkiyədə möhtəşəm şəkildə qeyd edilib. Bu əziz gün münasibətilə İstanbulun iki qitəsini birləşdirən "15 İyul Şəhidlər”, "Fatih Sultan Məhmət” və "Yavuz Sultan Səlim” körpüləri, eləcə də tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu