Müstəqillik Günü münasibətilə “Cümhuriyyət xatirələri” kitabı nəşr edildi


“Nar” 28 May Müstəqillik Günü ərəfəsində araşdırmaçı-yazar Dilqəm Əhmədin tərtib etdiyi “Cümhuriyyət Xatirələri” kitabını nəşr edib. Müstəqillik günü münasibətilə nəşr olunan kitab Cümhuriyyət dövrünün ictimai-siyasi xadimlərinin yazılarının toplusudur.


AFN.az xəbər verir ki, kitabda azərbaycanlı və türkiyəli ictimai-siyasi xadimlərin Azərbaycan Xalq Cümhuriyyətinin quruluşu, ordusu və işğal dövrü ilə bağlı yazıları yer alır. Eləcə də, tariximizin görkəmli şəxsiyyətlərinin müraciətləri, tərcümeyi-halları və fotoşəkilləri də oxuculara təqdim olunur. Əhatə etdiyi mövzuların əhəmiyyəti nəzərə alınaraq, ADA Universitetində müəllif Dilqəm Əhmədin iştirakı ilə “Cümhuriyyət Xatirələri” kitabının müzakirəsi də təşkil edilib.

Həmçinin, kitaba olan marağı nəzərə alaraq, “Nar”ın sosial media səhifələrində müsabiqə keçirilir: Milli tariximizlə bağlı təqdim olunan suallara cavab verən sosial şəbəkə istifadəçilərinə “Nar” Cümhuriyyət Xatirələri” kitabını hədiyyə edir.

Kitabın daha çox insana çatması və ələxsus görmə məhdudiyyətli şəxslər üçün də əlçatan olması məqsədilə, 28 may tarixindən etibarən “Cümhuriyyət Xatirələri” kitabını “Canlı Kitab” “YouTube” kanalında da dinləmək mümkün olacaq.

“Nar” ölkəmizdə və xaricdə yaşayan hər bir azərbaycanlını əziz bayramımız münasibətilə təbrik edir və milli dövlətçiliyimizin əbədi davam etməsini diləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu