Rüstəm Usubovun sərvəti: Villalar, klinikalar, avtomobillər...

Jurnalist Həbib Müntəzir ötən gün Baş Prokurorun müavini vəzifəsindən çıxarılan Rüstəm Usubovun sərvətinin siyahısını yayıb.
Həmin siyahını təqdim edirik:
Nəsimi rayonu, Bülbül Prospekti, ev 65C ünvanında bir neçə mənzilləri,
Mərdəkanda hərəsi 10 milyon dəyərində yan-yana 4 villa,
28 may küçəsində 4 otaqlı mənzil,
Naxçıvanidə 4 otaqlı mənzil,
Səməd Vurğun küçəsində bir blokda 3 ədəd mənzil,
Yasamalda 3 yeni mənzil,
İçəri Şəhər metrosu yaxınlığında 2 yeni mənzil,
12 ədəd hərəsinin dəyəri iki yüz minlik mənzil,
Neftçilərdə, Xəzər universitetinin yanında yeni tikili 4 bina,
Xalqlar dostluğunda yeni tikilir 2 bina,
D. Bünyadzadə küçəsində Xəmirçi Təndirxana və Market,
Onun yaxınlığında Ət dükanları,
Yasamalda, D.Bünyadzadə küçəsində "Səbət" kafesi,
Yeni Yasamaldakı Şakoroll restoranı, Tikinti materialları dükanı,
"Elit" kişi salonu,
Yasamalda bir aptek,
Böyük Alman malları dükanı,
Gəncə məhsulları adında dükan şəbəkələri,
9-cu Mikrorayonda Karaoke kafesi,
Ayna Soltanova heykəlinin arxasında "Oazis Lido" restoranları,
Moskvada bir bağ evi,
Fransada mənzil.
3 qızı var: Humay, Nərmin və Nəzrin Usubovlar.
Humay göz həkimidir, öz klinikası var. Humayın Ayna Soltanovada Hoteli, "Təzə Bazar"la üzbəüz binada hərəsi 400 min manatlıq 2 mənzili, Hüseyn Cavid prospektində Mirvari Park kompleksində 2 ədəd hərəsi 1 milyon dəyərində mənzil, 9-cu mikrorayonda 3 mərtəbəli çay evi, 4 avtomobil: Land Cruser, Audi, BMW, Mercedes Maybach.
Nərmin diş həkimidir, öz klinikası var. Nərminin Təzə bəy hamamının yanında yeni tikilidə qiyməti 1.5 milyon olan 2 mənzil, Hüseyn Cavid prospektində Mirvari Park yaşayış kompleksində 2 ədəd dəyəri 1 milyon olan 2 mənzil, Rəşid Behbudov prospektində Xarici dillər universitetinin yanında 2 mənzil, hərəsinin dəyərləri 1 milyon. Türkiyədə, Bodrumda mənzil, Almaniyada mənzil, Mərdəkanda 2 ədəd hərəsinin dəyəri 5 milyon olan villa. 3 avtomobil: Lexus (005 nömrəli), Maseratti, BMW.
Nəzrin hüquqşünasdır, məhkəmədə işləyir. Oğlunun adını Rüstəm qoyub və varis elan olunub. O biri qızlarının nəyi varsa, bu qızın əmlak və biznesi dəfələrlə artıqdır. Üstəlik yoldaşı da eks nazir Yavər Camalovun bacısı oğludur.
Həyat yoldaşı Kəmalə Usubova milyonlarla dəyərində antik qızıl və brilliant kolleksiyaçısıdır.
Kürəkəni Nəsimi rayon, 20-ci Polis Bölməsinin rəisi, mayor Vüqar Abdullayev.
İkinci kürəkəni Üveysi İsmayılov – Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavinidir. Ölkədə mərmər monopoliyasına nəzarət edir. Qardaşı Üzeyir İsmayılov – Müdafiə Sənayesi Nazirliyinin aparat rəhbəridir.
Kiçik kürəkəni Zaur – Vergilərdə audit şöbəsinin rəisidir. Bütün əmlakları və biznesləri qayınları Abdinov Emin və Abdinov Fuad Alim oğlanlarının adlarına rəsmiləşdirilib. Qaynı Abidinov Eminin “DƏNİZ EA” MMC şirkəti var.
Maşın kolleksiyası: Lexus RX Premium Jeep 011, 005 nömrəli, 002 nömrəli Mercedes-Benz GL, 2 ədəd Land Cruser markalı avtomobil, Panamera Porshe markalı avtomobil, Mercedes-Benz S-Klas markalı avtomobil. Kürəkəni Üveysinin Gelandewagen 6.3 motorlu, Dubayda şeyxlər üçün yığılma avtomobili var.