Dövlət başçısı: "Bəzi hallarda Azərbaycanda su itkisi 40 və hətta 50 faiz təşkil edir"




"Hesab edirəm ki, bugünkü müzakirəmiz olduqca vacib və ümidverici idi. Bu təşəbbüslərin tərəfinizdən dəstəklənməsinə görə sizə bir daha təşəkkür edirəm. Biz ölkəni müasirləşdirmək arzusunda olduğumuzla bağlı çoxlu müzakirələr aparmışıq və hər kəs anlayır ki, müasir texnologiyalar olmadan bu, mümkün deyil. Bu səbəbdən, zənnimcə, bu gün müzakirə etdiklərimiz icra olunacaq, çünki əvvəl planlaşdırdığımız bütün təşəbbüslər artıq həyata keçirilib".

AFN xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə videokonfransda deyib.

Dövlət başçısı bildirib: "Su ehtiyatlarının idarə edilməsi məsələsinə qayıdaraq, siz su itkisi məsələsini düzgün qeyd etdiniz və bizdə də belə problem var. Bəzi hallarda Azərbaycanda su itkisi 40 və hətta 50 faiz təşkil edir. Biz yalnız su itirmirik, biz həm də torpağa ziyan vururuq, çünki torpaq yuyulur və daha sonra kənd təsərrüfatı üçün yararsız olur. Düşünürəm ki, səylərimizi birləşdirərək və sizin təcrübənizdən faydalanaraq biz məhsuldarlığı artırmaqla böyük uğura nail ola bilərik.

Bizim münbit torpaq ehtiyatımız məhduddur. Kənd təsərrüfatı məhsulları ilə özümüzü təmin etmək və ixrac qabiliyyətimizi gücləndirmək üçün biz məhsuldarlığı artırmalıyıq. Bu isə yalnız müasir texnologiyaların tətbiqi nəticəsində mümkündür".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu