Kölgə iqtisadiyyatının azaldılması üçün qanunvericilik paketi parlamentə daxil olacaq
“Azərbaycanda kölgə iqtisadiyyatının azalması, şəffaflığın stimullaşdırılması ilə bağlı böyük bir qanunvericilik paketi Milli Məclisə daxil olacaq”.
AFN report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, kapital və əmlakın amnistiyası ilə bağlı ciddi hazırlıqlar görülür.