Azərbaycanda yük maşını qəza etdi, tikiliyə çırpıldı - VİDEO
Masallı rayonunda yük maşını "Mercedes" markalı minik maşını ilə toqquşub.
AFN xəbər verir ki, bu barədə "press.az" portalı məlumat yayıb.
Hadisə Masallı rayonunun Bədəlan kəndi ərazisində baş verib.
Şahidlərin sözlərinə görə, qəzadan sonra yük maşını yaxınlıqdakı tikiliyə çırpılıb.
Xoşbəxtlikdən qəza nəticəsində dünyasını dəyişən olmayıb.
[media=https://youtu.be/BQP0-StS880]