Kəlbəcərdə yük maşını aşdı, Türkiyə vətəndaşı öldü
Kəlbəcərin Qamışlı kəndi ərazisində "Volvo” markalı yük maşını aşıb.
"Report"un Qərb bürosunun məlumatına görə, "Volvo" markalı yük maşınının aşması nəticəsində Türkiyə vətəndaşı, 1989-cu il təvəllüdlü Uysal Emrah aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, dünyasını dəyişən şəxs Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmış. Hadisə zamanı avtomobildə başqa şəxs olmayıb.