İran vətəndaşı Biləsuvarda yol qəzasına düşərək ölüb
9 Fevral , 2023 19:31
İran vətəndaşı Biləsuvarda yol qəzasına düşərək ölüb
İran vətəndaşı Biləsuvar rayonunun Səmədabad kəndində yol qəzasına düşərək ölüb.
"Report"un Muğan bürosunun məlumatına görə, fevralın 9-da saat 10:30 radələrində İran İslam Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Behruz Qolaminin idarə etdiyi "Renault" markalı yük avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması səbəbindən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi Biləsuvar-Bəhrəmtəpə yolunun Səmədabad kəndi ərazisindən keçən hissəsində yolun kənarındakı su kollektoruna aşıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.