Banklardakı manat əmanətləri ilə bağlı YENİ QƏRAR - 1 iyun tarixindən etibarən




1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Maliyyə Sabitliyi Şurasının tövsiyəsinə əsasən Mərkəzi Bank ilə razılaşdırmaqla qərar qəbul edib.

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bildirir ki, ƏSF-yə üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Xatırladaq ki, sonuncu dəfə 1 iyul 2019-cu il tarixdə milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10%-ə salınmışdı.

Xarici valyutada əmanətlərinin qorunmasının illik faiz dərəcəsi isə 2,5%-dir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu