ABŞ prezidenti koronavirus vaksinin nə vaxt olacağını açıqladı
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Birləşmiş Ştatlarda koronavirus əleyhinə vaksin 2020-ci ilin sonunda istifadəyə veriləcək.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
"Düşünürəm ki, bizdə vaksin bu ilin sonunda olacaq", - “Fox News” telekanalının efirində Tramp deyib.