Koronavirusdan ölən 22 yaşlı azərbaycanlı ilə bağlı RƏSMİ MƏLUMAT




İsveç Krallığının paytaxtı Stokholm şəhərində yaşayan 22 yaşlı soydaşımız Amin Etibar oğlu Salayev yeni növ koronavirusdan (COVID-19) vəfat edib.

Bu barədə AFN-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, İsveçdə fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələrindən alınan məlumata görə, artıq bir aydır COVID-19 virusundan müalicə alan gəncin son iki həftədə vəziyyəti daha da ağır olub.

“Stokholmda yerləşən xəstəxanada bir neçə həftə müalicə alsa da, soydaşımızın həyatını xilas etmək mümkün olmayıb və gənc həmvətənimiz ötən gecə dünyasını dəyişib.

Qeyd edək ki, 1998-ci ildə İsraildə anadan olmuş, sonradan ailəsi ilə birlikdə İsveçə köçmüş A. Salayev 20 ilə yaxındır İsveçdə yaşayırdı. İsveç Texniki Universitetinin sonuncu kurs tələbəsi idi.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi olaraq mərhumun valideynlərinə baş sağlığı verir və səbir diləyirik”, - deyə məlumatda qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu