Telejurnalist: "İşdən öz ərizəmlə çıxmışam"
"İşdən öz ərizəmlə çıxmışam".
Bunu Qaynarinfo-ya açıqlamasında ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru, tanınmış telejurnalist Vaqif Aydınoğlu işdən uzaqlaşdırılması xəbərindən danışarkən deyib.
Onun sözlərinə görə, "Azərişıq" ASC-də işə qəbulu ilə bağlı hər hansı rəsmi qərar yoxdur:
"Uzaqlaşdırılmamışam, özüm ərizə yazmışam. "Azərişıq"la bağlı isə hələ rəsmi qərar yoxdur".
Qeyd edək ki, mətbuatda ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru, tanınmış telejurnalist Vaqif Aydınoğlu işdən çıxarıldığı ilə bağlı məlumat yayılıb. Bundan əlavə, onun "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin müavini kimi çalışacağı bildirilib.