Gözəllik salonu karantin pozuntusuna görə müştərisini polisə verdi




Moskvada bir manikür salonunda Belarusiya vətəndaşı olan qadın koronavirus karantin qaydasını pozduğuna görə polis tərəfindən saxlanılıb.

Qaynarinfo xəbər verir ki, polis eyni zamanda manikür salonunun işçilərini də şöbəyə çağırıb.

Fakt isə belə olub: kresloda oturan müştəri bu yaxınlarda İtaliyada olduğunu və karantindən bezdiyini, onunçün də dırnaqlarını düzəltdirməyə qərar verdiyini deyərək öyünməyə başlayıb.

Belarusiya vətəndaşı polisə martın 8-də İtaliyadan qayıtdığını və hava limanında tibbi müayinədən keçdiyini, onda koronavirus tapılmadığını danışıb, buna görə evdən çıxmaq qərarına gəldiyini deyib.

Polis təcili yardım çağırıb, ancaq həkimlər qızda xəstəliyin əlamətlərini tapmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu