Yalnız bu şəxslər şəxsi avtomobillərindən istifadə edə bilərlər




Paytaxtda Nazirlər Kabinetinin qərarına əsasən, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.



Bakı şəhər Baş Polis İdarəsindən AFN-ə verilən məlumata görə, şəhərdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.

Yalnız xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkətinə icazə verilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu