Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Gürcüstanda koronavirus diaqnozu qoyulan pasiyentlərin sayı 43-ə çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda yerləşdirilib.
Bildirilib ki, 1 575 nəfər karantində, 275 nəfər isə stasionar nəzarətdədir.
Qeyd edək ki, koronaviruslu pasiyentlərdən biri tam sağalaraq evə yazılıb.