Gürcüstanda koronavirusa yoluxanların sayı 6 mini ötüb


Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 326 yoluxma halı qeydə alınıb.


AFN-in xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 6 192 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5 413 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 1 906 nəfərin sağaldığı, 36 nəfərin isə vəfat etdiyi bildirilir. APA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu