ASCO dənizçiləri koronavirusa qarşı yoxlanıldıqdan sonra növbəyə göndərilir




“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) rəhbərliyinin tapşırığına əsasən şirkətdə koronavirusla (COVİD-19) əlaqədar qabaqlayıcı tədbirlər davam etdirilir.



Qabaqlayıcı tədbirlər çərçivəsində Xəzər Dəniz Neft Donanmasının gəmilərində növbə dəyişməsi zamanı dənizçilər tibbi yoxlamadan keçiblər. Belə ki, Keyfiyyət Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi departamenti (KSƏTƏMM) və "ASCO Mühafizə" MMC-nin əməkdaşlarının köməkliyi ilə son iki gündə “Dənizçilər Poliklinikası” MMC-nin həkimləri Liman Baza, Damba, Abşeron, Qaradağ yük-yanalma körpülərində ümumilikdə 1310 nəfər heyət üzvünü virusa qarşı yoxlayıblar. Yoxlamalar zamanı hər hansı neqativ hal aşkar olunmayıb.

Qeyd edək ki, ASCO gəmilərində sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl olunur. Şirkətin struktur idarələri ilə yanaşı, gəmiləri də müəyyənləşdirilmiş qrafik üzrə mütəmadi dezinfeksiya edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu