"Express Bank" prezidentin sözlərini heçə sayır - VİDEO




"Express Bank" prezident İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı bildirib ki, banklara 2 milyard manat resurs verilib və yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir. Bu da çox təhlükəli tendensiya ola bilər.



Lakin buna baxmayaraq, "Express Bank" 2019-cu ilin yekun hesabatında istehlak kreditlərinin 137 mln. 459 min manat olduğunu və həmin ilin 3-cü rübü ilə müqayisədə bu rəqəmin 22 mln. 314 min manat, 2018-ci ilin sonu ilə müqayisədə isə 66 mln. 242 min manat çox olduğunu açıqlayıb.

Ölkə prezidenti İlham Əliyev bununla bağlı "Biz elə etməliyik ki, bank sektoru daha çox real sektoru dəstəkləsin. Ona görə biznes kreditlərinin verilməsində, baxın, hansı mexanizm olmalıdır ki, həm banklar maraqlı olsun, həm də Mərkəzi Bank buna nəzarət etsin" fikrini qeyd edib.

Buna baxmayaraq, "Express Bank"ın biznes kreditləri 2019-cu ilin sonunda 58 mln. 486 min manat olub ki, bu da 2018-ci ili sonu ilə müqayisədə isə 70 717 min manat azdır.

Baş verəcək devalvasiya yenidən bankları çətin vəziyyətə salacaq. Bu siyahıya isə "Express Bank"ın liderlik etməsi qaçınılmazdır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

[media=https://www.youtube.com/watch?v=S4ZOtjqiq2A&feature=emb_logo]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu