“Forbes”: Vahid Ələkbərov 2,1 milyard ABŞ dolları zərərə düşdü




Moskva “Sparkat”ının həmsahibi Leonid Fedun “LUKoil” neft-qaz şirkətinin rəhbəri və həmsahibi Vahid Ələkbərovneftin qiymətinin və rublun məzənnəsinin düşməsi səbəbindən 3 milyard ABŞ dollarından çox pul itiriblər.

Bu barədə “Report” “Forbes”ə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Vahid Ələkbərov 2,1 milyard ABŞ dolları itirib, Fedunun itkisi isə 904 milyon ABŞ dolları təşkil edib. Hazırda onların sərvəti müvafiq olaraq 19,9 və 8,3 milyard ABŞ dolları qiymətləndirilir.

Rusiya və OPEK ölkələri arasında razılaşmanın pozulması neftin qiymətinin düşməsinin səbəbi oldu. Tərəflər neftin hasilatı haqqında razılığa gələ bilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu