“Forbes”: Müharibə başlayandan Rusiya 16,5 milyard dollarlıq hərbi texnika itirib


Rusiya Ukraynada başlatdığı müharibənin altı ayı ərzində raketlər istisna olmaqla, 16,56 milyard ABŞ dolları dəyərində olan 12 min 142 hərbi texnika itirib.

“Report” xəbər verir ki, bu hesablamalar “Forbes” jurnalının Ukrayna versiyasında yer alıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya ordusu müharibənin altı ayı ərzində 1 924 tank, 234 təyyarə, 199 helikopter, 15 gəmi, 196 qanadlı raket itirib.

“Forbes” Rusiya ordusunun ən bahalı itkilərini açıqlayıb. Bunlar “Moskva” raket kreyseri (nəşr onun dəyərini 750 milyon ABŞ dolları səviyyəsində qiymətləndirir), “İl-76” təyyarəsi (Ukrayna onun fevralın sonunda Kiyev vilayətində vurulduğunu bildirib; 86 milyon ABŞ dolları), “Saratov” böyük desant gəmisidir (75 milyon ABŞ dolları).

Məhv edilən aviatexnikalar arasında ümumi dəyəri 230 milyon ABŞ dolları həcmində qiymətləndirilən “Su-30SM” qırıcıları və “Su-24MR” kəşfiyyat təyyarələri də var.

Həmçinin İlan (Zmeynıy) adasında və ətraf sularda Ukrayna 165 milyon ABŞ dolları dəyərində Rusiya texnikası və gəmilərini, o cümlədən dəyəri 100 milyon ABŞ dollarından çox olan “Tor”, “Pantsir” və “Strela” tipli səkkiz zenit kompleksi məhv edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu