“Təbriz Center” MMC ağac kəsməyə görə cərimələnib
Nizami rayonu, T. Abbasov 5 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Bunu jurnalistlərə Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib. O qeyd edib ki, sözügedən ünvanda aparılan araşdırma zamanı 2 sərv ağacının “Təbriz Center” MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib.
Faktla bağlı akt və protokol tərtib olunub.
“Təbriz Center” MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib.