Məzahir Pənahovla namizəd arasında gərginlik
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahovla Suraxanı Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Fikrət Cəfərli arasında gərginlik yaşanıb.
AFN-in Oxu.Az-a istinadən məlumatına görə, F.Cəfərli çıxış edəndən sonra M.Pənahov onun fikirlərinə münasibət bildirib.
Bu zaman F.Cəfərli M.Pənahovun sözünü kəsib. MSK sədri isə F.Cəfərlinin iclas zalından çıxarılması barədə göstəriş verib.