Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yeni rəis müavini təyin edilib




Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi, baş ədliyyə müşaviri Məmmədov Heydər Vidadi oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.



Bu barədə Baş Prokurorluğun rəsmi internet saytında məlumat yerləşdirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, Baş İdarənin Rəis Müavini vəzifəsində daha əvvəl baş ədliyyə müşaviri Orxan İsayev çalışıb. O, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsinə təyin olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu