Brent neftinin qiyməti 47 dollara düşə bilər - TƏLƏB ŞOKU GÖZLƏNİLİR




Qlobal maliyyə xidmətləri şirkəti "Citigroup", əmtəə (neft, mis, dəmir və s.) qiymətləri proqnozlarını aşağı salıb və Çində ortaya çıxan koronavirusun təsirinin ilk əvvəl düşünüləndən daha pis ola biləcəyini qeyd edib.



"Marja" xəbər verir ki, "Citigroup" Brent nefti üçün ilk rüb qiymət təxminini 69 dollardan 54 dollara endirib. Sonrakı iki rüb üçün proqnozudakı endirimlər, bankın virusun təsirinin əvvəldən düşünüləndən daha uzun və dərin olacağı fərziyyəsinə söykənir. Bank, Brent neftinin son 2.5 ilin ən aşağı səviyyəsi olan 47 dollara düşə biləcəyini qeyd edib.

Çinin enerji sektorunda mövzu haqqında məlumata sahib mənbələrə görə, dünyanın ən böyük neft idxalçısı olan bu ölkədə neft tələbi gündəlik 3 milyon barel ya da 20% düşüb. Çində ortaya çıxan bu virus neft bazarları üçün, 10 ildən çox müddət əvvəl meydana gələn qlobal maliyyə böhranından bu yana ən böyük tələb şokunu meydana gətirməyə hazırlaşır.

"Citi" 2-ci rüb üçün qiymət təxminini 68 dollardan 50 dollara və sonrakı üç aylıq dövr üçün isə 63 dollardan 53 dollara endirib. Dördüncü rüb üçün proqnozunu isə 57 dollardan 58 dollara qaldırıb.

Brent nefti, maliyyə bazarlarının Çindəki koronavirus böhranının ilk reaksiyanı verdiyi 20 Yanvardan bu yana 13% düşüb. Brent nefti bu gün 56 dollar ətrafında ticarət olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu