ABŞ Energetika Nazirliyi neft proqnozlarını dəyişdirib
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) “Brent” markalı neftin 2020-ci il üçün orta qiymətinin proqnozunu əvvəlki 41,9 dollar/bareldən 41,19 dollar/barelə endirib.
“Report” xəbər verir ki, bunu EIA-nın aylıq qısamüddətli proqnozundan – “Short-Term Energy Outlook – October 2020”-dən görmək olar.
EIA “Brent” markalı neftin 2021-ci il üçün qiymət proqnozunu bir barel üçün 49,07 ABŞ dollarından 47,07 dollara endirib.
Bundan əlavə, 2020-ci il üçün WTI markalı xam neftinin orta qiyməti üçün EIA proqnozu avqust ayındakı 38,99 dollar-bareldən 38,76 dollar/barelə endirilib, 2021-ci il üzrə isə bir barel üçün 45,07 ABŞ dollarından 44,72 dollara endirilib.
Oktyabr hesabatında, sentyabr ayındakı qiymətləndirmə ilə müqayisədə, ABŞ-da cari il üçün orta neft hasilatı proqnozu gündəlik 70 min barel həcmində artırılıb və 11,45 milyon barelə çatıb, 2021-ci il üzrə isə 10 min barel artaraq 11,09 milyon barrelə çatdırılıb.
Sentyabrda Nazirlik 2020-ci il üzrə neft hasilatı ilə bağlı proqnozunu qaldırdı və 2021-ci il üçün olan proqnozunu endirmişdi.
Ötən il ABŞ-da neft hasilatı orta hesabla gündəlik 12,25 milyon barel təşkil edib.