Ağciyər İnstitutunda daha bir ölüm faktı
AFN oxu.az-a istinadən xəbər verir ki, yanvarın 17-də xəstəxananın reanimasiya şöbəsinə daxil olan Quba rayon sakini, 1983-cü il təvəllüdlü xəstə fevralın 2-də ağciyər-ürək çatışmazlığından vəfat edib.
Xəstəxanaya daxil olarkən həkimlər xəstəyə ağciyərlərin səpələnmiş vərəmi, infiltrasiya mərhələsi VMB +Vmb, boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatışmazlığı diaqnozu qoyub. Xəstəyə daha əvvəl böyrək transplantasiyası olunub.
Faktı Ağciyər İnstitutundan saytımıza təsdiqləyiblər.
Xatırladaq, bu, yanvarın 15-dən indiyədək institutdakı səkkizinci ölüm hadisəsidir.