Nazirlər 7 saat Qarabağı müzakirə edib: Görüş sabah davam edəcək
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə bu gün Cenevrədə keçirilən görüşü 7 saat davam edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər.
Sabah danışıqların növbəti raundu keçiriləcək.