BŞBPİ-dən AFN-in sorğusuna operativ reaksiya




“Qaradağ rayonu Lökbatan qəsəbəsi massivində yaşayan Qurbanova Gülnaz İbi qızının qonşusu ilə bağlı şikayəti araşdırılaraq, ona dəyən ziyanın tam ödənilməsi tərəfimizdən təmin olunub”.



Bu barədə AFN-ə Bakı şəhər Polis İdarəsinin Mətbuat Xidimətindən məlumat verilib: "Tərəflər arasında yaranan narazılıq rəhbərliyin müvafiq göstərişi əsasında qanunverciliyə uyğun olaraq, fakt üzrə bütün xüsusatlar Qaradağ Rayon Polis İdarəsində tam və hərtərəfli araşdırılmaqla, zərərçəkmişin hüquqları təmin olunub. Bu barədə vətəndaş ona göstərilən diqqətə görə minnətdarlıq edib".
Qeyd edək ki, Babayeva Samirə İbi qızı AFN vasitəsilə bacısının qonşu itinin hücumuna məruz qalması və Qaradağ RPİ 10-cu Polis Bölməsinin hərəkətsizliyi ilə bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət ünvanlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu