KTMT-nin yeni Baş katibi rəsmən işə başladı




Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni təyin olunmuş Baş katibi, general-leytenant Stanislav Zas bu gündən rəsmən işə başlayıb.



Virtualaz.org bildirir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"Mən özümün əsas vəzifəmi işimi düzgün və vicdanla yerinə yetirməkdə görürəm. KTMT-nin üzv dövlətlərə və xalqlarına daha səmərəli xidmət göstərməsi üçün kollektiv təhlükəsizliyin təmini istiqamətində səylər göstərəcəyəm”,- deyə S.Zas bildirib.

Qeyd edək ki, ötən il 28 noyabr tarixində KTMT ölkələrinin liderləri Stanislav Zasın təşkilatın Baş katibi vəzifəsinə namizədliyini təsdiqləyiblər. O, daha əvvəl Belarus Təhlükəsizlik Şurasının katibi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu