Seçkiləri 52 min 636 yerli müşahidəçi izləyəcək




Sabah Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini 52 636 yerli müşahidəçi izləyəcək.



AFN "Report"a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müşahidəçilərdən 1512-i MSK-da qeydiyyatdan keçib və ölkə üzrə seçkiləri müşahidə etmək hüququna malikdir.

Bundan əlavə, bələdiyyə seçkilərini 17 beynəlxalq müşahidəçi izləyəcək.

"Beynəlxalq müşahidəçilər Avropa və MDB ölkələrindəndir. Gürcüstan və Ukraynanın Mərkəzi Seçki Komissiyalarının sədrləri də bələdiyyə seçkilərini müşahidə edəcəklər", - deyə M.Pənahov qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu