İƏT-in Kənd Təsərrüfatı nazirlərinin 6-cı islası keçirilir - FOTOLAR




Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının Kənd Təsərrüfatı nazirlərinin 6-cı iclası öz işinə başlayıb.

Tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, ECO-nun Baş Katibinin müavini Sayed Yahya Akhlaqi, ECO-ya üzv ölkələrin Kənd Təsərrüfatı nazirləri - Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bekir Pakdemirli, Qırğızıstanın Kənd Təsərrüfatı, Qida Sənayesi və Meliorasiya naziri Erkinbek Çoduyev, Özbəkistanın Kənd Təsərrüfatı naziri Jamşid Xocayev, Tacikistanın Kənd Təsərrüfatı naziri Sattori Izzatullo, Qazaxıstanın Kənd Təsərrüfatı nazirinin müavini Nurbek Dairmekov, Kənd Təsərrüfatı Nazirliyinin Aparatının və tabeli qurumlarının mütəxəssisləri, üzv ölkələrin kənd təsərrüfatı nazirliklərinin mütəxəssisləri və ECO-nun müvafiq qurumlarının nümayəndələri, təşkilatın katibliyinin rəhbər şəxsləri və əməkdaşları, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan nümayəndəliyinin təmsilçiləri, Türkiyə Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Böyük Millət Məclisinin Kənd Təsərrüfatı və Meşə Komissiyasının sədri, eləcə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Bankının rəsmiləri və aqrar sahə üzrə ekspertlər iştirak edir.

İclası giriş sözü ilə açan nazir İnam Kərimov tədbir iştirakçılarını və qonaqları salamlayıb. Tədbirin əhəmiyyətindən danışan İ.Kərimov, bildirib ki, Azərbaycanda aqrar sahə prioritet istiqamətlərdən biri elan edilib. Beynəlxalq təşkilatların Azərbaycanla sıx əməkdaşlığına görə minnətdarlığını bildirən İ.Kərimov, gələcəkdə də əməkdaşlığımızın uğurla davam edəcəyini bildirib.

Daha sonra Kənd Təsərrüfatı naziri İnam Kərimov iclasın sədri seçilib.

İclas beynəlxalq təşkilat nümayəndələrinin çıxışları ilə davam edib.















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu