Administrasiyaya daha bir şöbə müdiri təyin edildi
Azərbaycan Prezidenti İlham Əliyev Prezident Administrasiyasına daha bir şöbə müdiri təyin edib.
Sərəncama əsasən, Gündüz Hacı oğlu Kərimov Prezidentin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilib.