Etibar Nəcəfov PA-nın şöbə müdiri vəzifəsindən azad edilib
Prezident İlham Əliyev Etibar Nəcəfovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
AFN-in xəbərinə görə, sərəncamla Etibar Əli oğlu Nəcəfov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.