Yeni subsidiya qaydaları və EKTİS-də qeydiyyatla bağlı təlimlər keçirilir
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyat və məlumatların bəyan edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) yaradılmış xidmət pəncərələrində fəaliyyət göstərəcək əməkdaşlarla görüşlər keçirilib.
Görüşlər zamanı Nazirliyin Aparatının rəhbərinin müavini Elvin Paşayev əməkdaşlara xidmətin səmərəli, şəffaf, nəzakət, məsuliyyət və etik davranış qaydalarına riayət edilməklə aparılması barədə öz tövsiyələrini verib.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının Təhsil və təlim şöbəsinin Təlimin təşkili və monitorinqi sektorunun müdiri Fidan Fətəliyeva “Etik davranış qaydaları” və “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” mövzusunda nazirliyin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin Elektron kənd təsərrüfatı və informasiya sistemlərinin inkişafı Departamentinin İnformasiya sistemlərinin inkişafı bölməsinin baş mütəxəssisi Orxan Hüseynov tərəfindən “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS)” mövzusunda təlimlər keçirilib.