Kiçik və orta həcmli layihələrə 24 milyon manat güzəştli kredit verilib




Bu ilin 9 ayında özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib.



Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev bu gün Nazirlikdə keçirilmiş geniş Kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, bu dövrdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 450 mln manat olan 887 sahibkara geri qaytarılan vəsaitlər hesabına 130 mln manat, o cümlədən 857 kiçik və orta həcmli layihəyə 24 mln manat güzəştli kredit verilib: “Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3800-dək yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 74%-i aqrar sektorun, 26%-i sənaye istehsalı və digər sahələrin, 66%-i regionların, 34%-i isə Bakı qəsəbələrinin payına düşür".

Nazir qeyd edib ki, 2019-cu ilin 9 ayı ərzində Fondun güzəştli kreditlərindən istifadə etməklə yaradılan 19 müəssisə fəaliyyətə başlayıb.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu