Həmyerlimiz Ukraynada yüksək vəzifəyə təyinat alıb




Həmyerlimiz Gündüz Məmmədov Ukraynada yüksək vəzifəyə təyinat alıb.



AFN xəbər verir ki, Ukraynanın Baş Prokuroru Ruslan Ryaboşapkanın oktyabrın 18-də imzaladığl müvafiq əmrə əsasən Gündüz Məmmədov Baş prokurorun müavini təyin edilib. Bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, Gündüz Məmmədov 2016-cı ilin avqustundan bu təyinatadək Krım Muxtar Respublikasının prokuroru vəzifəsində çalışıb. Gündüz Məmmədov 1966-cı ildə İ.İ. Meçnikova adına Odessa Dövlət Universitetini bitirib. 2013-cü ildə isə Odessa Milli İqtisadiyyat Universitetinin məzunu olub. Hüquq elmləri namizədidir. 1996-cı ildə Odessa şəhərindəki rayon prokurorluğunda Prokuror köməkçisi vəzifəsi kimi işə başlayan Gündüz Məmmədov birinci müavin vəzifəsinədək yüksəlib. 2012-ci ildən 2013-cü ilədək Kiev vilayət prokurorluğunun aparatında çalışıb. Daha sonra həmyerlimiz Dneper Ekologiya Prokurorluğunun istintaq şöbəsinin rəisi olub. 2014-cü ilin iyulunda isə Odessa prokuroru, 2015-ci ilin dekabrında isə Odessa vilayət prokurorunun müavini təyin edilib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu