120 milyonluq futbolçu Messiyə görə "Barselona"dan gedir
"Barselona"nın bu yay "Atletiko"dan transfer etdiyi Antoine Qrizmann komandanı tərk edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Le10Sport” məlumat yayıb. İddia olunur ki, fransalı ulduzun komandanın lideri Lionel Messi ilə münasibətləri gərgindi.
Məlumata görə, Messi bu yay "Barselona"nın Neymarı geri qaytarmasını istəyirmiş. Amma klubun Qrizmannı transfer etməsi onun narazılığına səbəb olub və onunla yola getmir.
İddia edilib ki, Messi ilə 28 yaşlı futbolçunun münasibətləri düzəlməsə, "Barselona" Qrizmannı qış fasiləsində Neymarla dəyişmək üçün PSJ-yə təklif edə bilər.
Qeyd edək ki, "Barselona" Qrizmannı 120 milyon avroya alıb. O, Kataloniya klubunda keçirdiyi 9 oyunda 3 qol vurub və 2 məhsuldar ötürəm edib.