Mandatı ləğv edilən deputat həbs oluna bilər
Deputat vəsiqəsini girov qoyaraq 300 min dollar girov götürən və bu səbəbdən mandatdan imtina edən Rəfael Cəbrayılovun qanunazidd əməllərinə dair cinayət işi başlanacağı ilə bağlı xəbərlər yayıb.
Bir çox mənbələr onun barəsində cinayət işi açılaraq, ittiham elan ediləcəyini və qandallanacağını iddia edirlər.
Hər halda, bunun üçün kifayət qədər qanuni əsaslar var. Üstəlik də o, özü etiraf edib ki, deputat olduğu müddətdə bizneslə məşğul olub. Bunun özü də qanunsuzluqdur. Nəhayət, YAP-ın və MSK-nın Cəbrayılovla bağlı sərt açıqlamaları onun hərəkətlərinə hüquqi qiymət veriləcəyini istisna etmir.
Qeyd edək ki, MSK dünən Rafael Cəbrayılovun deputat səlahiyyətlərinə xitam verib. Bir neçə gün əvvəl Baş Prokuror Zakir Qaralov bu məsələ ilə bağlı MSK-nın qərarından sonra araşdırma aparılacağını bildirmişdi. ("Yeni Musavat")