Putin Ankaradadır
Rusiya Prezidenti Vladimir Putin Suriyadakı vəziyyəti müzakirə etmək üçün Rusiya, İran və Türkiyə liderlərinin zirvə toplantısının keçiriləcəyi Ankaraya gəlib.
Virtualaz.org bildirir ki, bu barədə TASS məlumat yayıb.
Bundan əvvəl Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirmişdi ki, prezidentlər İdlibdə və Suriyanın şimal-şərqindəki vəziyyəti, eləcə də bu ölkədə siyasi tənzimləmə prosesini müzakirə etmək niyyətindədirlər.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov, Ankaradakı danışıqlarda Saudi Aramco müəssisələrinə edilən hücumun müzakirə olunacağını da istisna etməyib.
Rusiya Prezidenti köməkçisinin sözlərinə görə, Rusiya Federasiyası - İran - Türkiyə sammitindən əvvəl Putinlə türk və iranlı həmkarları arasında ayrı-ayrılıqda ikitərəfli görüşlər keçiriləcək, danışıqlarda Suriyanın tənzimlənməsi ilə bağlı bəzi məqamlara da toxunulacaq. Putin və Ərdoğan, öz növbəsində, Rusiya ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.