İİTKM-də “VİSA İnternational” şirkəti ilə görüş keçirilib - FOTOLAR




Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azexport portalı və “VİSA İnternational” şirkəti arasında görüş keçirilib. Azexport portalının rəhbəri Zaur Qardaşov, menecer Ayxan Qədəşov şirkətin Qafqaz regionu üzrə meneceri Kristina Dorosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul ediblər.



Azexport portalının rəhbəri Zaur Qardaşov bildirib ki, Azərbaycanda yeni innovasiyaların tətbiqi və rəqəmsal ödənişlərin inkişafı ölkə başçısı tərəfindən şəxsən dəstəklənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “VİSA İnternational” şirkətinin prezidenti Rayan Maklnernini qəbulu zamanı Azərbaycanla VİSA arasında əməkdaşlıq müzakirə olunub. Azərbaycanda yeni istifadəyə verilən “VİSA Token” xidməti məhz bu əməkdaşlığın bariz nümunəsidir. Z.Qardaşov əlavə edib ki, Azərbaycan yeni və innovativ layihələrin tətbiqində maraqlıdır. Dünyada ilk dəfə olaraq qeyri-rezidentlərə məsafədən bank hesabının açılması xidməti də Azərbaycanda istifadəyə verilməsi də aparılan innovativ islahatlar tədbirlərindəndir.

VİSA-nın nümayəndəsi Kristina Doros Azərbaycanda istifadəyə verilən qeyri – rezidentlərə məsafədən bank hesablarının açılması xidmətinin dünyada bir ilk olduğunu və gələcəkdə bu xidmətin Ukrayna, Gürcüstan, Moldova və digər şərqi və qərbi Avropa ölkələrində İİTKM ilə birgə əməkdaşlıq çərçivəsində tətbiqində maraqlı olduqlarını bildirib. Xanım K.Doros həmçinin, Azərbaycanda “VİSA Token” xidmətinin istifadəyə verilməsində İİTKM-in göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib, gələcəkdə nağdsız ödənişlərin inkişafı istiqamətində Azexport.az portalı ilə əməkdaşlıqda maraqlı olduqlarını əlavə edib.

Daha sonra Azexport portalının meneceri Ayxan Qədəşov mobil və onlayn ödənişlər sistemində kredit kartlarından istifadə təhlükəsizliyini artırmaq üçün Azərbaycanda yeni təqdim olunan “Visa Token" xidməti barədə danışıb. O əlavə edib ki, perspektivdə bu texnologiya plastik kartlarla yanaşı mobil telefon, saat, üzük, bilərzik və digər qurğu və ləvazimatlarla ödəniş etməyə imkan verəcək və Apple Pay, Samsung Pay, Google Pay kimi ödəniş vasitələrinin Azərbaycanda tətbiqinə şərait yaradacaq.

Müzakirə zamanı VİSA İnternational” şirkətinin Qafqaz və Şərqi Avropa regionun dövlət qurumları ilə iş üzrə meneceri Svyatoslav Senyuta Azərbaycanda nağdsız ödənişlərin inkişafı üçün yeni müasir audentifikasiya üsullarının tətbiqinə dair yeni təkliflər təqdim edib və yeni texnologiyaların Azərbaycanda istifadəyə verilməsi üzrə əməkdaşlığa hazır olduqlarını bildirib. Görüşün yekununda tərəflər arasında Azərbaycanda nağdsız ödənişlərin inkişaf etdirilməsi məqsədi ilə islahat tədbirlərinin davam etdirilməsi, həmçinin, aparılan islahatların əhali arasında kommunikasiyasının təşkili, o cümlədən maliyyə savadlılığının artırılmasına yönəlik uzunmüddətli proqramın həyata keçirilməsinə dair razılıq əldə olunub.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu